İlham Əliyev Ərdoğana təşəkkür etdi
10-11-2020 13:57 / Bu xəbər 780 dəfə oxundu
Noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın verdiyi məlumata görə, dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər.
İlham Əliyev müharibə dövründə Türkiyə prezidenti və xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı həmçinin atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib.












