İlham Əliyev icra başçısını vəzifəsindən azad edib
29-04-2024 13:51 / Bu xəbər 660 dəfə oxundu
Babək rayonuna yeni başçı təyin olunub
Rasim Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə ölkə başçısı İlham Əliyev aprelin 29-da sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Ovni Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Rasim Hüseynov 2016-cı ildən Babək rayonunun icra başçısı vəzifəsində çalışırdı.
Yeni təyin olunan Ovni Muradov Naxçıvanın Elm və Təhsil nazirinin müavini, ona qədər isə Babək Rayon Təhsil Şöbəsinin müdiri olub.