İlham Əliyev idmançıları təltif etdi: II yer 200 min, III yer 100 min

İlham Əliyev idmançıları təltif etdi: II yer 200 min, III yer 100 min

12-08-2021 18:47 / Bu xəbər 1947 dəfə oxundu

Ölkə başçısı Tokio Yay Olimpiya Oyunlarında iştirak edənləri mükafatlandırıb

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:

1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Stadnik Mariya Vasilyevna

2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Ağayev Rəfael Mahir oğlu

Əliyev Hacı Azər oğlu

Zaretska İrina İqorevna

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Alfonso Dominguez Loren Berto Berto

Kindzerska İryna

Hüseynov Rafiq Radik oğlu

3-cü dərəcəli "Əmək” ordeni ilə

Ağayev Aslan Loğman oğlu

Əzimzadə Elman Süleyman oğlu

"Tərəqqi” medalı ilə

Cəfərov Vüsal Səfa oğlu

Məmmədov Anar Vahid oğlu

Məmmədov Orxan Rasim oğlu

Məmmədov Rəşad Nizami oğlu

Hüseynov Radik Rafiq oğlu

Tarakanov Aleksandr Petroviç

Horta Dominguez Humberto.

Eyni zamanda, daha bir sərəncamla Prezident idmançılar və onların məşqçilərinə mükafat təyin edib.

Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafat veriləcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.