İlham Əliyev iki icra başçısını işdən azad etdi

İlham Əliyev iki icra başçısını işdən azad etdi

31-10-2019 16:41 / Bu xəbər 1467 dəfə oxundu

Prezident İlham Əliyev Yevlax və Xaçmaz rayonlarının icra başçıları Qoca Səmədov və Şəmsəddin Xanbabayevi tutduqları vəzifələrdən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Prezident digər iki sərəncamla Yevlax rayonuna Anar Aqil oğlu Tağıyevi, Xaçmaz rayonuna isə Elnur Şahbaz oğlu Rzayevi icra başçısı təyin edib.