İlham Əliyev: "İlin əvvəlində peyvəndləməyə başlamağı planlaşdırırıq"
18-12-2020 14:08 / Bu xəbər 657 dəfə oxundu
Prezident İlham Əliyev Azərbaycanda COVID-19 virusuna qarşı peyvəndləmə strategiyasının hazırlandığını bildirib.
Bu barədə o, dekabrın 18-də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatındakı sammitində danışıb.
Prezident deyib ki, gələn ilin əvvəlində əhalinin peyvənd edilməsi planlaşdırılır.
O, bu prosesin pulsuz həyata keçiriləcəyini bildirib.












