İlham Əliyev iranlı jurnalisti sualına görə tənqid etdi
26-02-2021 14:27 / Bu xəbər 1986 dəfə oxundu
İranlı jurnaist II Qarabağ müharibəsində Azərbaycan tərəfdə terrorçuların iştirak etməsinə dair sual verib. İlham Əliyev isə suala sualla cavab verib: "Siz terrorçu qruplar barədə "hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Hansı "hesabatlar”ı nəzərdə tutduğunuzu dəqiqləşdirə bilərsiniz?"
Jurnalist həmin hesabatları açıqlamaq istəmədiyini bildirəndə, Əliyev onun sualının faktlara söykənmədiyini və ittiham xarakteri daşıdığını bildirib.
"Siz bunu sual formasında verə bilərsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakı ilə bağlı elə hesabatlar, məlumatlar, dəlil, sübutlar yoxdur. Bu, uydurulmuş məlumatdır", - deyə prezident qeyd edib.
"Dost ölkədən olan jurnalistin belə sual verməsinə təəssüf edirəm. İşğaldan azadetmə əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bu barədə heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. Bu, Ermənistan tərəfindən ediləndə başadüşüləndir. Çünki bu onlar üçün ağrılı məsələdir ki, Azərbaycan əsgəri onları məhv edib. Sizə məsləhətim o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız.
Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”, - deyə Əliyev vurğulayıb.(toplum.tv)












