İlham Əliyev: "İşğaldan azadetmə əməliyyatımız davam edir"

İlham Əliyev:

14-10-2020 12:29 / Bu xəbər 1179 dəfə oxundu

"Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır".

Prezident İlham Əliyev bunu oktyabrın 13-də Türkiyənin "Haber Türk” televiziyasına müsahibəsində deyib. 

"Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb", - Əliyev bildirib. 

Prezident bildirib ki, bu dəfə də bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib: "İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.