İlham Əliyev İtaliyaya getdi

İlham Əliyev İtaliyaya getdi

05-09-2024 00:09 / Bu xəbər 432 dəfə oxundu

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya lideri Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gedib.

Roma şəhərinin "Leonardo da Vinci Rome Fiumicino” hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.