İlham Əliyev karantin rejimini pozan icra başçısına töhmət verdi

İlham Əliyev karantin rejimini pozan icra başçısına töhmət verdi

21-04-2020 18:56 / Bu xəbər 1309 dəfə oxundu

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.