İlham Əliyev Kim Çen Ina təbrik məktubu göndərib
08-09-2017 20:11 / Bu xəbər 1493 dəfə oxundu
Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, bu ölkədə Əmək Partiyasının rəhbəri Kim Çen In-a təbrik məktubu göndərib.
Bu barədə president.az saytı xəbər yayıb.
"Zati-aliləri! ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan, Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm”, – prezident yazıb.
Məktubda vurğulanıb ki, bu əlamətdar gündə ona ən xoş arzularımı yetirir, sülh və tərəqqi diləyir.
Koreya Xalq Demokratik Respublikası 1945-ci ildə qurulub.
Həm İlham Əliyev, həm də Kim Çen Ina hakimiyyətə atalarından sonra gəliblər. İlham Əliyev 2003-cü, Kim Çen Lna isə 2011-ci ildən hakimiyyətdədirlər.












