İlham Əliyev nazir və nazir müavininə yeni vəzifə verdi

İlham Əliyev nazir və nazir müavininə yeni vəzifə verdi

30-03-2021 17:00 / Bu xəbər 1395 dəfə oxundu

Bu ilin fevral ayında Azərbaycan İnvestisiya Holdinqinə həvalə olunan "BakuBus”, "Bakı Metropoliteni”, "Azərbaycan Dəmir Yolları” və "Azərbaycan Hava Yolları”na yeni müşahidə şurası sədləri təyin olunub.

Bu barədə prezident İlham Əliyev martın 30-da sərəncam imzalayıb.

Sərəncama əsasən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Azərbaycan Dəmir Yolları”nın, AZAL-ın Müşahidə Şurasının, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev "Bakı Metropoliteni” Müşahidə Şurasının, "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin olunub.