İlham Əliyev naziri vəzifəsindən azad etdi

İlham Əliyev naziri vəzifəsindən azad etdi

26-01-2021 13:30 / Bu xəbər 1134 dəfə oxundu

Rəşad Nəbiyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olundu

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Nəbiyev "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Rəşad Nəbiyev 1977-ci ildə anadan olub.

"Azərkosmos” ASC-yə sədr təyin edilməzdən əvvəl o, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

R.Nəbiyev 2011-ci ildən "Azərkosmos” ASC-nə rəhbərlik edirdi.

Ramin Quluzadə 2017-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdi.

Ona qədər Ramin Quluzadə Heydər Əliyev Fondunda fəaliyyət göstərirdi.

O, 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.(Meydan.tv)