İlham Əliyev səfirə yeni vəzifə verdi
15-09-2021 16:34 / Bu xəbər 1002 dəfə oxundu
Vaqif Sadıqov Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin olundu
Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sentyabrın 15-də sərəncam imzalayıb.
Vaqif Sadıqov iyulun 26-da Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
O, 2016-cı ildən Azərbaycanı BMT-də təmsil edirdi.
2004-2010-cu illərdə Azərbaycanın xarici işlər nazirinin müavini və İtaliyada səfir vəzifələrini daşıyıb.