İlham Əliyev: Şəhidlərin qanı yerdə qalmayacaq

İlham Əliyev: Şəhidlərin qanı yerdə qalmayacaq

27-09-2020 12:53 / Bu xəbər 887 dəfə oxundu

"Ermənistan əsgərinin bizim torpaqda nə işi var?!"

Prezident İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciət edib. Müraciət Azərbaycan dövlət televiziyası ilə yayımlanıb.

Ölkə başçısı Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri olmadığını deyib.

Prezident bildirib ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb:

"İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olubmuşdu. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıb və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və onlar bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisinə hərbi döyüşlər keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdı”.

Prezident deyib ki, bu gün səhər bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istiadə edərək Azərbaycanın yaşayış məntəqələri, eyni zamanda, hərbi mövqeləri atəşə tutulub:

"Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Prezident deyib ki, tarixi həqiqət Azərbaycanın tərəfindədir: "Bütün təşkilatlar bizim ərazi bötüvlüyümüzü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır. Amma bunun sonunda Ermənistan bütün prosesi iflic vəziyyətə salıb”.

"Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Orduzu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?! Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir və Nida işarəsi!", - deyə ölkə başçısı bildirib.