İlham Əliyev SOCAR-ın 4 vitse-prezidentini işdən çıxarıb

İlham Əliyev SOCAR-ın 4 vitse-prezidentini işdən çıxarıb

20-07-2021 01:45 / Bu xəbər 4951 dəfə oxundu

SOCAR-ın 4 vitse-prezidenti vəzifələrindən azad edilib

Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidenti vəzifələrindən azad edilib.

Bu barədə sərəncamları bazar ertəsi günü Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.

Vəzifələrindən azad olunanlar SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, qurumun strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovdur.

Bundan başqa SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və vitse-prezident Mikayıl İsmayılov da vəzifələrindən azad ediliblər.

David Məmmədov və Mikayıl İsmayılov 2005-ci ildən, Tofiq Qəhrəmanov 2010-cu ildən, Bəhram Hüseynov isə 2016-cı ildən vəzifədə idi.

Onların indi işdən çıxarılma səbəbləri barədə açıqlama verilməyib.