İlham Əliyev: "Şuşasız bizim işimiz yarımçıq olar"

İlham Əliyev:

16-10-2020 17:50 / Bu xəbər 978 dəfə oxundu

"Ermənistan ordusu ordumuz qarşısında acizdir. Bizə müqavimət göstərməyən Ermənistan mülki insanları vurur". 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "A Haber” televiziyasına müsahibəsində deyib. 

O, Ermənistan silahlı qüvvələrinin mülki şəxləri öldürülməsi barədə danışarkən bildirib ki, Ermənistan tərəf acizlikdən bu addımlara atır. 

"Heç bir zaman mülki insanlara atəş açmadıq, bu gün də açmayacağıq. 47 vətəndaş həyatını itirdi, 222 vətəndaşımız yaralandı. Bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz. Biz öz torpaq bütövlüyümüzü bərpa etməyə davam edəcəyik”, - deyə İlham Əliyev bildirib.
 
Prezident çıxışında bidirib ki, Azərbaycan ordusu Şuşanı da azad etməkdə israrlıdır: "Şuşasız bizim işimiz yarımçıq olar. İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir. Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimzidir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan silahlı birləşmələri cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycanın Hadrut, Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirilir. 

Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.