İlham Əliyev Şuşaya gedib

İlham Əliyev Şuşaya gedib

15-01-2021 12:40 / Bu xəbər 534 dəfə oxundu

Səfərdə I Vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak edib

Yanvarın 14-də Prezident İlham Əliyev, I Vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva Şuşa şəhərəinə səfər ediblər.

Bu barədə Mehriban Əliyev instagram səhifəsində video yayıb.

İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva
Mənbə: Azərtac

Daha sonra "prezident.az" məlumat yayıb ki, dövlət başçısı İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub:

"Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.Səfər zamanı Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün gülləbaran etdiyi heykəlləri Şuşaya qaytarılıb. Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib”.