İlham Əliyev Şuşaya qoruqçu təyin etdi

İlham Əliyev Şuşaya qoruqçu təyin etdi

16-07-2021 13:38 / Bu xəbər 2346 dəfə oxundu

Mətfun Abbasov Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 16-da sərəncam imzalayıb.

Məftun Abbasov bundan əvvəl "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini olub.

O, 2021-ci il ilin mart ayına qədər bu vəzifədə çalışıb.

Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında azad edilib. 2021-ci ilin yanvarın 27-də Aydın Kərimov dövlət başçısının Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.

Bu ilin 31 may tarixində Milli Məclis "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsini qəbul edib. 15 maddədən ibarət olan qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq.