İlham Əliyev Tehrandakı səfirliyə hücumu pislədi

27-01-2023 21:45 / Bu xəbər 649 dəfə oxundu
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Hücum edən şəxsin "Kalaşnikov” markalı avtomatla mühafizə postunu yardığı qeyd olunub.
Bildirilir ki, hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
Hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyev Tehrandakı səfirliyə hücumu pisləyən açıqlama yayıb.
Dövlət başçısı səfirliyin mühafizəsini təmin edərkən həlak olan baş leytenant Orxan Əsgərovun ailəsinə başsağlığı verib.
"Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”, - deyə İlham Əliyev əlavə edib.
