İlham Əliyev yanğınların söndürülməsində iştirak edənləri mükafatlandırıb
23-08-2021 15:37 / Bu xəbər 1038 dəfə oxundu
Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında” Sərəncam imzalayıb.
Bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.
Sərəncama əsasən, Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.












