İlham Əliyev yeni agentlik yaratdı

İlham Əliyev yeni agentlik yaratdı

16-01-2021 00:16 / Bu xəbər 653 dəfə oxundu

Minatəmizləmə Agentliyi publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək

Prezident İlham Əliyev Minatəmizləmə Agentliyi yaradılması haqqında fərman imzalayıb.

Yanvarın 15-də imzalanan fərmana əsasən Minatəmizləmə Agentliyi Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statusunda təsis olunub.

Fərmanda qeyd olunub ki, Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir: "Agentliyə 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti rəhbərlik edəcək”.