İlham Əliyev yeni icra başçısı təyin etdi

İlham Əliyev yeni icra başçısı təyin etdi

06-10-2021 17:48 / Bu xəbər 802 dəfə oxundu

Mahirə Adnayeva bu günədək icra başçısının müavini olub

Mahirə Adnayeva Naxçıvan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 6-da sərəncam imzalayıb.

Mahirə Adnayeva bu təyinata qədər Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb.

Həbib İbrahimov avqustun 9-da Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.