İlham Əliyevdən Saleh Məmmədova: "Şişirtmə bu rəqəmləri!"

İlham Əliyevdən Saleh Məmmədova:

29-10-2019 12:26 / Bu xəbər 1136 dəfə oxundu

Prezident İlham Əliyev ötən gün Qəbələnin Böyük Əmili- Bılıx -Əmirvan avtomobil yolunun açılışında iştirakı zamanı Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədova daha bir məsələdə irad tutub.

Belə ki, açılış mərasimində ölkə başçısına görülmüş işlər S,Məmmədov məlumat verərkən bildirib ki, sözügedən yol bütövlükdə 15 km-dir: "Bu yol 11 yaşayış məntəqəsini birləşdirir. 10 min əhali yaşayır".

İlham Əliyev: Əmirvan kəndindən o tərəfə yaşayış yeri yoxdurmu?

Saleh Məmmədov: Burada yol da yoxdur, cənab prezident. 7 km yarım bir yol çəkilsə, Vəndam kəndinə gedib çıxmaq olar.
 
İlham Əliyev: Bu layihə üzərində işləyin, onu edərik.

Saleh Məmmədov: Digər investisiya proqramında nəzərdə tutulmuş Nic-Abrıx yoludur. Bu yol da 18 km-dir. Burada 40-a yaxın yaşayış məntəqəsi var.

İlham Əliyev: Qəbələ rayonunda cəmi 60 kənd var. Sən deyirsən 40-a yaxın?

Saleh Məmmədov: Bağışlayın, üzr istəyirəm, cənab prezident.

İlham Əliyev: Mən bilirəm axı, Qəbələdə 60 kənd var. Şişirtmə bu rəqəmləri.
 
Xatırladaq ki, həmin səfər çərçivəsində İ.Əliyev S.Məmmədova Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdə olması və bu barədə vaxtında məlumat verilməməsi ilə bağlı irad tutub.
 
afn.az