İlham Əliyevin imzaladığı sərəncam qüvvəyə minib
01-04-2019 12:47 / Bu xəbər 1624 dəfə oxundu
Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.
Yəni müavinət 40 manatdan 60 manata çatdırılıb.
Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq.












