İlham Əliyevin tapşırığı ilə Bilgəhdə sökülən villa yenidən tikilir? - Sənəd

İlham Əliyevin tapşırığı ilə Bilgəhdə sökülən villa yenidən tikilir? - Sənəd

20-12-2020 13:54 / Bu xəbər 819 dəfə oxundu

2010-cu ildə tikilən, 2015-ci ildə prezidentin göstərişi ilə sökülən üçmərtəbəli villa Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsus olub.

Arqument.az xəbər verir ki, bunu araşdımaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, 2015-ci ildə prezidentin göstərişi ilə Bilgəh sökülən üçmərtəbəli villa 2019-cu ildə dövlət reyestrində qeydiyyata alınıb. 

"Bu sualın cavabını Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov yaxşı bilir. Çünki həmin villa onun həyat yoldaşı Ləman Xanlarovanın adınadır", - Cavanşir Həsənli qeyd edib.

Jurnalist yazır ki, villa yenidən tikilib.