İlkin Əmrahov və Fərid Mehralızadənin şikayətlərini təmin edilməyib
10-07-2024 17:54 / Bu xəbər 791 dəfə oxundu
Bu gün Bakı Apelyasiya Məhkəməsi "Toplum TV işi" üzrə həbsdə olan fəal İlkin Əmrahovun həbs müddətinin uzadılması ilə bağlı şikayətə baxıb.
Şikayət Əmrahovun ilkin həbs müddətinin oktyabrın 6-dək uzadılması ilə əlaqədar verilib.
Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib, fəalın vəkili Rövşən Rəhimova "Turan"a bildirib.
O deyib ki, müdafiə tərəfi Əmrahovun barəsində Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 5-ci maddəsinin (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.
Bu gün Apelyasiya Məhkəməsi iqtisadçı Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasından imtina şikayətini də təmin etməyib.
O, "Abzas Media işi üzrə" həbs edilib.