İlkin Rüstəmzadə: "Sərhəd keçid məntəqəsində sistem çöküb"

İlkin Rüstəmzadə:

14-08-2019 20:06 / Bu xəbər 1268 dəfə oxundu

Azərbaycan-Gürcüstan arasında olan Qırmızı Körpü Sərhəd-Buraxılış məntəqəsində qeydiyyat sistemi çöküb. 

Bu barədə nidaçı fəal, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə öz feysbuk hesabında yazıb.

O bildirib ki, "Qırmızı Körpü" Sərhəd-Buraxılış məntəqəsində pasport sistemi çöküb. Buna görə yüzlərlə şəxs növbəyə dayanıb. 

Növbədə dayananlar arsasında uşaqlar və halı pisləşən yaşlılar olduğu bildirilir.

Nidaçı fəal bildirir ki, dövlət nümayəndələri yaranan problemlə bağlı heç bir müdaxilə etmir.

toplum.tv