İmişlidə qəzada beş nəfər ölüb

İmişlidə qəzada beş nəfər ölüb

09-09-2019 15:46 / Bu xəbər 1274 dəfə oxundu

Avtomobil su kanalına düşüb

İmişli rayonunda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report” saytının məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Faktla bağlı araşdırma aparılır.