İnformasiya ombudsmanı yaradılır

İnformasiya ombudsmanı yaradılır

22-11-2017 18:03 / Bu xəbər 1433 dəfə oxundu

Azərbaycanda informasiya ombudsmanının yaradılması təklif olunur.

Bu təkliflə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib.

Millət vəkili qeyd edib: "Bizdə informasiya ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkibində fəaliyyət göstərir. Səbəb kimi deyilir ki, ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram: niyə ştat ayrılmır?"

Ə.Amaşovun fikrincə, informasiya ombudsmanı ayrıca fəaliyyət göstərməlidir.