İngiltərədə matəm elan olundu- Krala görə
25-01-2015 15:28 / Bu xəbər 1247 dəfə oxundu
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar İngiltərədə matəm elan olunub.
“Qafqazinfo” The Times-a istinadən xəbər verir ki, ölkədə və xaricdəki rəsmi nümayəndəliklərdə İngiltərənin dövlət bayraqları yarıyadək endirilib.
Ölkə mediası matəm qərarına etirazını bildirib, sərt yazılar dərc edib. İnsan hüquq və azadlıqlarının boğulduğu ölkənin rəhbəri üçün bu addımı atılmasını yersiz olduğu qeyd edilib.
Arqument.az












