Çingiz Qənizadənin də dairəsinin nəticələri ləğv olundu

Çingiz Qənizadənin də dairəsinin nəticələri ləğv olundu

13-02-2020 17:19 / Bu xəbər 604 dəfə oxundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Hikmət Şirinov, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilib, barmaqlar rənglənməyib, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb: "Araşdırma zamanı məlum olub ki, 49 protokolun 29-da səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. 

Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın”.

Qeyd edək ki, bu dairə üzrə Çingiz Qənizadə lider namizəd olaraq açıqlanmışdı.