Çini cəzalandırma prosesi başladı: ABŞ Çinə olan borcunu ödəməməyə hazırlaşır

Çini cəzalandırma prosesi başladı: ABŞ Çinə olan borcunu ödəməməyə hazırlaşır

18-04-2020 17:21 / Bu xəbər 1117 dəfə oxundu

Çinin Uhandakı epidemiyanın peyda olması ilə bağlı məlumatları gizlətdiyinə və səhiyyə sistemin dünya miqyasında böhranı və pandemiya ilə nəticələndiyinə görə ABŞ senatorları Pekini cəzalandırmağa çağırırlar. 

Tennessi ştatının senatoru Marşa Blekbern bildirib ki, Çin Mərkəzi Bankının ehtiyatlarında olan ABŞ "borc kağızları”nın bir hissəsi silinməlidir. 

Bu təşəbbüsü senator Lindi Grehem də dəstəkləyib.

"Bu, Çindən gələn üçüncü pandemiyadır. Orada siçanlar və meymunlar satılan çirkli bazarlar var. Sonra da belə viruslan qida yolu ilə yayılır”, - senator Grehem "Fox News"a deyib.

Bu arada, senator Coş Houli, digər üç həmkarı ilə birlikdə, "Koronavirusun yayılması zamanı Çin tərəfindən görülən tədbirlərin beynəlxalq səviyyədə araşdırılması və "kompensasiya mexanizmi"nin yaradılması ilə bağlı qanun layihəsini artıq parlamentə təqdim ediblər.

Bundan əvvəllər də Donald Tramp öz tvitlərində Covid-19 virusunu məhz "Çin virusu" kimi adlandırıb. 

Nizami