Çinin koronavirus peyvəndi Türkiyəyə gətirildi

Çinin koronavirus peyvəndi Türkiyəyə gətirildi

30-12-2020 13:27 / Bu xəbər 493 dəfə oxundu

Türkiyənin Çindən aldığı "Sinovac” koronavirus peyvəndinin ilk konteynerləri paytaxt Ankaraya gətirilib.

"Anadolu" agentliyinin dekabrın 30-da verdiyi xəbərə görə, Türk Hava Yollarına məxsus "Boeing 777” təyyarəsi səhər saatlarında Ankaranın hava limanına eniş edib.

İlk mərhələdə 3 milyon doza gətirilən vaksin 14 gün ərzində testdən keçiriləcək.

Dekabrın 15-də Səhiyyə Nazirliyi açıqlama yaymışdı ki, Azərbaycan vaksin almaq üçün Türkiyə ilə danışıqlar aparır. 

Səhiyyə nazirinin müavini Viktor Qasımov  Türkiyədən 50 milyon doza vaksinin alınması üçün müqavilənin imzalandığı bildirmişdi.