Çinin Tibet Muxtar Bölgəsində zəlzələ baş verib

Çinin Tibet Muxtar Bölgəsində zəlzələ baş verib

07-01-2025 14:23 / Bu xəbər 119 dəfə oxundu

Zəlzələ nəticəsində 95 nəfər ölüb, 130 nəfər yaralanıb

Yanvarın 7-də səhər saatlarında Çinin Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib.

Çin Seysmoloji Şəbəkə Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Tinqri ərazisi, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. 

Daha sonra maqnitudası 4,4-ə çatan daha bir neçə yeraltı təkanlar qeydə alınıb.

"Reuters” yazır ki, yeraltı təkanlar qonşu Nepal, Butan və Hindistanda da hiss olunub.

Son məlumatlara görə, Tibetdə baş verən zəlzələ nəticəsində 95 nəfər ölüb, 130 nəfər yaralanıb.