“İqtisadi durum çətindir" - Putin

“İqtisadi durum çətindir

22-09-2015 21:19 / Bu xəbər 1216 dəfə oxundu

"Ölkədə iqtisadi vəziyyət çətindir, amma kritik deyil”. 

Bunu sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin hökumət rəsmilərinin iştirakı ilə 2016-cı ilin dövlət büdcəsinin müzakirəsində deyib.

O qeyd edib ki, 2016-cı ildə büdcə kəsiri daxili məhsulun 3 faizindən çox olmamalıdır.

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin düşməsi və Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.

Bu həmçinin rublun məzənnəsinin dollar və avroya nisbətdə kəskin düşməsinə səbəb olub.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2015-ci ildə Rusiyada 3,4 faiz iqtisadi geriləmə olacaq.///musavat.com

Arqument.Az