İran ABŞ-ın danışıqlara başlamaq təklifini rədd edib

İran ABŞ-ın danışıqlara başlamaq təklifini rədd edib

09-01-2020 14:47 / Bu xəbər 938 dəfə oxundu

İranın BMT yanında daimi nümayəndəsi Məcid Təxt-Rəvançı ABŞ-ın danışıqlara başlamaq və əməkdaşlıq barədə təklifini rədd edib.

İRNA agentiliyinin verdiyi məlumatı görə, o bildirib ki, ABŞ-ın əməkdaşlıq təklifini qəbul etmək mümkün deyil, çünki Vaşinqton İrana qarşı sanksiyalar tətbiq edir.

Rəvançı ABŞ-ın əməkdaşlıq təklifini ağlasığmaz adlandırıb, bildirib ki, ABŞ düşmənçiliyi davam etdirdiyi müddətdə danışıqların heç bir mənası yoxdur.

O, həmçinin əlavə edib ki, ABŞ-ın presedentsiz sanksiyaları beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.
ABŞ-ın BMT yanında daimi nümayəndəsi, xanım Kelli Kraft qurumun Təhlükəsizlik Şurasına məktub göndərərək, regionda gərginliyin aradan qaldırılması üçün ölkəsinin İranla heç bir ön şərtsiz danışıqlara başlamağa hazır olduğunu bildirib.

Yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatından endirilən zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın şiə könüllülərdən ibarət "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis də daxil olmaqla, 10 nəfər öldürülüb.

İran buna cavab olaraq ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirib. ABŞ tərəfi itki verməyib.