İran dron hücumuna görə məsuliyyəti İsrailin üzərinə qoydu

İran dron hücumuna görə məsuliyyəti İsrailin üzərinə qoydu

02-02-2023 12:34 / Bu xəbər 835 dəfə oxundu

"İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə hücumla bağlı İsrail məsuliyyət daşıyır”.

İrəvaninin BMT Baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda belə deyilir: "İlkin araşdırmanın nəticələri göstərir ki, sionist rejim İsfahan şəhərində Müdafiə Nazirliyinin obyektinə edilən terror aktına görə məsuliyyət daşıyır. Bu rejimin hərəkətləri beynəlxalq hüququ pozur”.

ISNA agentliyi İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvaniyə istinadən məlumat yayıb.

"İranın öz milli təhlükəsizliyini təmin etmək və sionist rejimin hər hansı təhdid və ya yanlış hərəkətinə lazım bildiyi zaman sərt cavab vermək hüququ var”, – İrəvani qeyd edib.

İran yetkilsi BMT Təhlükəsizlik Şurasını İsrail hakimiyyətinin döyüşkən bəyanatlarını pisləməyə çağırıb.

Yanvarın 29-na keçən gecə İRNA agentliyi İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayışın baş verdiyi barədə xəbər yayıb. 

İran Müdafiə Nazirliyi bəyan edib ki, dronlardan istifadə etməklə idarənin mərkəzlərindən birinə uğursuz hücum edilib. 

Nəticədə bir aparat vurulub, digər ikisi müdafiə tələlərinə düşüb və partlayıb. 

Hücum nəticəsində xəsarət alan olmayıb, müəyyən qədər maddi ziyan dəyib.