İran Məhsa Əmininin ölüm səbəbini açıqladı
08-10-2022 01:00 / Bu xəbər 904 dəfə oxundu
İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib.
Bu barədə "Reuters" xəbər yayıb.
Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib.
Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: "Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”.
22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub.
Atası onun ayaqlarında qançırlar olduğunu və onun ölümünə görə polisi məsuliyyət daşıdığını bildirib.












