İran yük maşınlarının Qarabağa girişinə qadağa qoydu

İran yük maşınlarının Qarabağa girişinə qadağa qoydu

20-10-2021 18:03 / Bu xəbər 678 dəfə oxundu

İranda ölkənin nəqliyyat şirkətlərinin Qarabağa və Laçın rayonuna getməsinə qadağa qoyulub.

Bu barədə oktyabrın 20-də "Mehr" agentliyi xəbər yayıb. 

Məlumata görə, İranın Beynəlxalq Daşımalar İdarəsinin direktoru Məhəmməd Hidayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına xüsusi müraciət ünvanlayıb. 

O, İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən xəbərdarlıq edib ki, onun təşkilatı Azərbaycan Respublikasının ərazisinə bu ölkənin rəsmi sərhədlərindən kənardan istənilən girişi Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirəcək.

Müraciətdə əsas etibarilə Azərbaycan Respublikasının Qarabağ və Laçın rayonlarına Ermənistan vasitəsilə girişin qadağan olunduğu vurğulanıb. 

Həmçinin Qarabağdakı tanınmamış separat rejimlə hansısa ticarət sazişinin imzalanması və nəqliyyat şirkətlərinə bu regiona müşayiətedici sənədlərin verilməsi də qadağan edilib.