İran öz gəmisini vurdu: 19 ölü, 15 yaralı

İran öz gəmisini vurdu: 19 ölü, 15 yaralı

11-05-2020 15:19 / Bu xəbər 898 dəfə oxundu

İran Hərbi Dəniz Qüvvələrinə məxsus "Konarak” gəmisi təlim zamanı "Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış raketlə səhvən vurulub.

Bu barədə APA-nın Tehran bürosunun məlumat yayıb.

Məlumata görə, bunu "Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari "Twitter” səhifəsində yazıb: "Deyilənlərə görə, "Jamaran” gəmisi tərəfindən atılan raket səhvən hərbi logistika gəmisi olan "Konarak” gəmisinə dəyib”.

O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.

Digər bir jurnalist Həmid Hacipur isə öz "Twitter” səhifəsində yazıb ki: "Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsi tapılıb”.

İran gəmisi ilə bağlı vermiş insident zamanı 19 nəfər həlak olub, 15 nəfər yaralanıb.

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) "Kənarək” gəmisinin təlim zamanı "Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış raketlə səhvən vurulduğunu təsdiqləyib.

HDQ-nin yaydığı açıqlamada isə bildirilib ki, ötən gün təlim məşqi zamanı baş vermiş insident nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

İranşəhr şəhər Tibb Universitetinin rektoru bildirib ki, xəsarət alanlardan 16 nəfər İmam Əli adına xəstəxanaya çatdırılıb. Onlardan biri ölüb, 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada 12 nəfər var.