İranda HAMAS liderinin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirilir

İranda HAMAS liderinin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirilir

31-07-2024 09:44 / Bu xəbər 588 dəfə oxundu

İranda Ali Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilir.

Xəbəri İranın İRNA agentliyi yayıb.

Bildirilir ki, toplantıda HAMAS lideri İsmayıl Haniyənin Tehranda qətli ilə bağlı məsələ müzakirə olunur.

HAMAS lideri İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gəlib. 

İsrail hərbi aviasiyası onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirib. 

Nəticədə İ.Haniyənin özü və mühafizəçisi həlak olub.