İranda hərbi paradda ölənlərin sayı ən azı 24 nəfərdir

İranda hərbi paradda ölənlərin sayı ən azı 24 nəfərdir

23-09-2018 15:58 / Bu xəbər 3638 dəfə oxundu

Ölənlər arasında qadın və uşaqların olduğu bildirilir

İranda hərbi paradın atəşə tutulması nəticəsində azı 24 nəfər ölüb, 53 nəfərsə yaralanıb.

İRNA agentliyinin məlumatına görə, Ölənlərin arasında qadın və uşaqlar var. 

Hücumu hərbi geyimdə olan yaraqlılar törədib və atışma zamanı onlardan 3-ü hadisə yerində öldürülüb, biri isə yaralanaraq xəstəxanada keçinib.

"Tasnim” agentliyi isə bildirir ki, ölənlərdən azı 8-i qvardiyaçıdır.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

İranın xarici işlər naziri Cavad Zarif "Twitter” hesabında yazıb ki, bu hücuma görə regional ölkələr və onların ustası ABŞ cavabdehlik daşıyır və İran buna qəti reaksiya verəcək.

Sentyabrın 22-də İranın bir neçə şəhərində İraq-İran müharibəsinin (1980-1988) ildönümü münasibətilə hərbi parad keçirilirdi.