İranda koronavirusa yoluxanların sayı 71 mini keçdi

İranda koronavirusa yoluxanların sayı 71 mini keçdi

12-04-2020 15:45 / Bu xəbər 586 dəfə oxundu

İranda son sutkada daha 117 nəfər koronavirusdan ölüb.

"Report” "IRINN”ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 474-ə çatıb.

K.Cahanpur deyib ki, İranda son sutkada infeksiya daşıyıcılarının sayı 1 657 nəfər artaraq 71 686-ya yüksəlib.

Bundan başqa, xəstəxanada müalicə alan 43 894 pasiyent sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.