İranda prezident seçkiləri II tura qalıb

İranda prezident seçkiləri II tura qalıb

29-06-2024 16:55 / Bu xəbər 843 dəfə oxundu

Pezeşkiyan və Cəlili ikinci turda yaraşacaq

İranın 14-cü prezident seçkilərində islahatçılar qanadına aid olan Məsud Pezeşkian 43,5 faiz səslə liderdir. 

Onun ardınca 37,7 faiz səslə konservatorlar qanadından Səid Cəlili gəlir. 

Bu barədə islam respublikasının seçki qərargahının nümayəndəsi Möhsün İslami bildirib.

Xəbəri "Anadolu" Agentliyi yayıb.

İslami bu nəticələri 19 069 713 səsin sayılmasından sonra açıqlayıb. Beləliklə, bülletenlər emal edildikdən sonra keçmiş səhiyyə naziri, etnik azərbaycanlı Pezeşkiyan seçkilərdə 8 302 577 səs qazanaraq, 43,5 faiz səslə liderlik edir.

Onun ardınca gələn Cəlili 7 189 756 səs (37,7 faiz) yığıb. 

Məhəmməd Bağır Qalibaf 14 faiz səslə (2 676 512 səs) üçüncü yeri, Mustafa Purməhəmmədi isə 0,8 faiz səslə dördüncü yeri tutub.

Seçkilərdə qələbə üçün namizəd səslərin 50+1 faizini qazanmalıdır.

Sonuncu məlumatlara görə, iyulun 5-də səsvermənin ikinci mərhələsi keçiriləcək.

Bu mərhələdə Pezeşkian və Cəlili iştirak edəcəklər.