İranın Atom Elektrik Stansiyasında qəza

İranın Atom Elektrik Stansiyasında qəza

11-04-2021 12:41 / Bu xəbər 2005 dəfə oxundu

İranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.

Qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.

İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın AES-in elektrik şəbəkəsində baş verdiyini bildirib (APA).

O qeyd edib ki, hazırda qəzanın səbəbləri araşdırılır.

Aprelin 10-da İranın Milli Nüvə Texnologiyaları Gününün 15-ci ildönümündəki tədbirdə çıxış edən İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Əli Əkbər Salehi İranın nüvə sənayesinin infrastrukturunun diqqətlə saxlanıldığını söyləmişdi.

"İran İslam Respublikası düşmənlərinin amansız sanksiyalarına baxmayaraq, İAET fərqli nüvə layihələri ilə qətiyyətlə irəliləyir", - deyə o bildirib.