İranın yeni prezidenti İbrahim Rəisi oldu

İranın yeni prezidenti İbrahim Rəisi oldu

20-06-2021 01:24 / Bu xəbər 1061 dəfə oxundu

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində 17,6 milyon nəfərinin səsini qazanaraq qalib gəlib.

İranda prezident postu uğrunda 7 namizəd mübarizə aparıb. Sonradan üçü namizədliyini geri götürüb. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi ilə Məsləhət Şurasının katibi Möhsün Rzayi, İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi və İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnaser Hemmati arasında gedib.

İranın hazırki prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etməyib. Ekspertlər İranın ali lideri Əli Xaməneinin İbrahim Rəisini dəstəklədiyini bildirirlər (Report).