İranlı həkim casusluq ittihamı ilə Azərbaycanda həbs edilib

İranlı həkim casusluq ittihamı ilə Azərbaycanda həbs edilib

10-10-2023 15:43 / Bu xəbər 793 dəfə oxundu

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı Astan Babək Soleymana hökm oxunub.

Məhkəmə iranlını Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə təqsirli bilərək 12 il azadlıqdan məhrum edib. 

Bu barədə "Turan"a məhkəmədə bildiriblər.

48 yaşlı Soleyman bu ilin mayında Naxçıvanda saxlanılıb. 

Etnik azərbaycanlıdır, təbrizlidir, ixtisasca həkimdir.

İstintaq məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) kəşfiyyat bölməsinin əməkdaşıdır.