İraq ordusu 300-dək “İŞİD” terrorçusunu məhv etdi
26-01-2014 11:41 / Bu xəbər 789 dəfə oxundu
Iraq ordusunun həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 300-dək “İŞİD” qruplaşmasının üzvü məhv edilib.
İraqın müdafiə nazirliyinin açıqlamasında belə deyilir.
Məlumatda həmçinin bildirilir ki, hərbçilər iki yaşayış məntəqəsini yaraqlılardan təmizləyiblər, həmçinin, 112 partlayıcı qurğu zərərsizləşdirilib, 18 minalanmış avtomobil məhv edilib.
Qeyd edək ki, bundan əvvəl İraqın şimalında yerləşən və strateji əhəmiyyət kəsb edən Zumar şəhərinin “İŞİD” qüvvələrindən azad edildiyi barədə məlumat yayılmışdı.(APA)
Arqument.az












