İraqda da 3 günlük matəm elan olundu
05-01-2020 16:42 / Bu xəbər 1168 dəfə oxundu
Dünən İraqda 3 günlük matəm elan olunub.
Belə ki, ölkənin Baş nazirinin səlahiyyətlərini icra edən Adele Abdel Mehdi İran generalı Qasım Süleymaninin və şiə könüllülərinin liderlərindən olan Əbu Mehdi əl-Muhandisin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsi ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Bu barədə İraq hökumətinin başçısı "Twitter” hesabında yazıb.
Matəm yanvarın 6-dək davam edəcək.












