İrpinin Rusiya işğalçılarından azad edildiyi bildirilir
28-03-2022 18:38 / Bu xəbər 3287 dəfə oxundu
"Kiyev vilayətinin İrpin şəhəri Rusiya işğalçılarından azad edilib".
Bu barədə şəhərin meri Aleksandr Markuşin açıqlama verib.
İrpen şəhəri martın 7-də işğal olunmuşdu.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.












